Vista-Pharm.com saytına xoş gəldiniz. Bu saytda siz həkimlərə sual verib cavab ala bilərsiniz.

quru oskurek

Salam.Mənim qızımın 13 yaşı var.Keçən dəfə yazdım ki,qızım öskürür.Siz də dediniz ki,öskürəyin xarakterini yazın.Öskürəyin xarakteri-qurudur.Qızım quru öskürür.Təşəkkür edirəm.
Noyabr 14, 2013 qonaq tərəfindən sual verildi

1 cavab

Salam.

Quru öskürək adətən sona qədər müalicə olunmamış kəskin respirator xəstəliklərin qalıq əlamətidir.

Bunu requlyar olaraq yerli vasitələr və dərman vasitələriilə aradan qaldıra bilərsiniz.

Yerli vasitələrdən: isti kamfora yağı ilə sinəsini yüngül massaj edin və parçanı ütüləyib həmin sahəyə qoyun, gündə iki dəfə, bu prosedurdan sonra 3 saat küçəyə çıxmaq olmaz, yerli yod şəkə bilərsiniz.

Dərman vasitələrindən: Rovamisin, qalıq forma yaradan mikroblara təsir edən antibiotikdir, gündə 2 dəfə, yeməkdən qabaq, 5 gün. Adətən antibiotiklər mədə-bağırsaq traktının fəaliyyətini pozub ishal yarada bilirlər, belə hal müşahidə etsəniz Sinikomb paket, 1 paketin möhtəviyyatını müəyyən qədər suda həll edib içirin, gündə 2 dəfə, 3 gün.

Sualınıza görə təşəkkürlər.
Noyabr 14, 2013 admin tərəfindən cavablandı
quru oskurek haqqinda bilgi isdeyiem